Moskvada ABŞ və Türkiyə tarixçilərinin “erməni soyqırımı” ilə bağlı birgə ərsəyə gətirdiyi kitablar çapdan çıxıb

Moskvada ABŞ və Türkiyə tarixçilərinin “erməni soyqırımı” ilə bağlı birgə ərsəyə gətirdiyi kitablar çapdan çıxıb
# 14 may 2018 15:03 (UTC +04:00)

Moskvada “erməni soyqırımı” ilə bağlı ABŞ və Türkiyə tarixçilərinin birgə ərsəyə gətirdiyi kitablar çapdan çıxıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Osmanlı imperiyasında 1915-ci ildə baş verən hadisələrin obyektiv tədqiqatı ilə bağlı "ROSSPEN" nəşriyyat Evi ilə birgə həyata keçirilən layihə çərçivəsində amerikalı hərbi tarixçi Edvard C. Eriksonun "Türklər və ermənilər: üsyançılara qarşı mübarizənin tədqiqatı" və Casstin Makkarti, Əsat Arslan, Cəmaləddin Daşkıran və Ömər Turanın müəllifi olduqları "Ermənilərin Vanda üsyanı" adlı kitablar nəşr olunub.

Xatırladaq ki, bu layihə çərçivəsində indiyədək tarixçi Günter Levinin "Osmanlı imperiyasında erməni məsələsi: miflər və reallıq", Castin Makkartinin "Türklər və ermənilər: Osmanlı imperiyasında milliyyətçilik və milli münaqişə" kitabları çap olunub.

Ermənilərin 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrin siyasiləşdirdiyini nəzərə alan "ROSSPEN" nəşriyyat Evi kitabların müəllifi, amerikalı Edvard C. Eriksonu Moskvaya dəvət edib. May ayının 31-də Arbat küçəsindəki "Kitab Evi"ndə Eriksonun müəllifi olduğu "Türklər və ermənilər: üsyançılara qarşı mübarizənin tədqiqatı" kitabının təqdimatı keçiriləcək.

Qeyd edək ki, amerikalı hərbi tarixçi E.C. Eriksonun kitabında ilk dəfə olaraq müqayisəli analiz prinsipi ilə çoxmillətli Osmanlı imperiyasında XIX əsrin sonunda- XX əsrin əvvəlində hökumətin üsyançılara qarşı mübarizə fəaliyyəti tədqiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR