Hakim oğlunu avtomobillə vurub öldürən şəxsin məhkəməsində prokuror dəyişdirilib

Hakim oğlunu avtomobillə vurub öldürən şəxsin məhkəməsində prokuror dəyişdirilib
# 07 fevral 2017 09:14 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, dövlət ittihamını müdafiə edən prokuror məzuniyyətə gedib və onu yeni prokuror əvəzləyir. Proses iştirakçıları yeni dövlət ittihamçısına etiraz etməyiblər. Prokuror cinayət işinin materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Buna görə, iclas fevralın 14-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin mayında Bakıda R. Kərimov "Mercedes" markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vuraraq qaçıb. Xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R. Allahverdiyev orada ölüb.

Tərtər Hərbi Məhkəməsinin hakiminin oğlu Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı R. Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi olub.

Hadisəni törədən şəxsin atası isə Mərkəzi Kliniki Xəstəxananın sabiq baş həkimi Yüzasif Kərimovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR