Putin Ermənistanda səfərdədir

Putin Ermənistanda səfərdədir
# 14 oktyabr 2016 13:42 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya prezidenti Vladimir Putin Ermənistana səfər edib.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasına qatılacaq.

İclasda beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə, KTMT-nin cavabdeh olduğu ərazilərdəki vəziyyət, təşkilatın kollektiv təhlükəsizlik sisteminin perspektivləri müzakirə olunacaq.

Şuranın iclasında təşkilata sədrlik Ermənistandan Belarusa keçəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR