APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, artıq Goranboy rayonunun İravanlı və Boluslu kəndinin qaz təchizatı bərpa olunub.
***
21.22
Goranboyda yer şumlayan traktor qaz xəttini zədələyib.
APA-nın yerli bürosunun məlumatına görə rayonun İravanlı kəndin yaxınlığında yer şumlayan traktor qaz xəttini zədələyib.
Nəticədə İravanlı və Boluslu kəndinin 600 yaxın abonent qazsız qalıb. Hazırda əraziyə Azəriqazın əməkdaşları cəlb olunub. Qəzanın nəticələri aradan qaldırılır.