Şəkidə iki nəfəri sahibsiz it dişləyib

Şəkidə iki nəfəri sahibsiz it dişləyib
# 16 mart 2018 19:50 (UTC +04:00)

Şəkidə biri uşaq olmaqla iki nəfəri sahibsiz it dişləyib

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saatlarında rayonun Çələbixan qəsəbə sakini, 2000-ci il təvəllüdlü Afət Kazımlı sağ budun, rayonun Baş Laysqı kənd sakini, 2011-ci il təvəllüdlü Emil Həmidov isə sağ baldırın it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.

MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı hər iki şəxs yaşadığı kəndin ərazilərində sahibsiz itin hücumuna məruz qaldığı məlum olub.

Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR