Ramin Quluzadə ilə vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Ramin Quluzadə ilə vətəndaş qəbulunun vaxtı dəyişdirilib
# 07 avqust 2017 14:03 (UTC +04:00)

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 11-də Göygöl şəhərində Göygöl, Goranboy, Daşkəsən, Samux, Kəlbəcər, Xocalı rayonlarının, Gəncə və Naftalan şəhərlərinin sakinləri ilə keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib.

Bu barədə Nazirlikdən “APA-Economics”ə məlumat verilib.

Bildirilir ki, avqust ayı üzrə keçiriləcək görüşün tarixi barədə əvvəlcədən məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR