Tiflisdə “Gənclər və gender bərabərliyi” mövzusunda görüş keçirilib

Tiflisdə “Gənclər və gender bərabərliyi” mövzusunda görüş keçirilib
# 03 fevral 2017 22:14 (UTC +04:00)

Tiflisdə Gürcüstan Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirliyinin təşəbbüsü ilə “Gənclər və gender bərabərliyi” mövzusunda mobil qrupların üzvləri ilə görüş keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri dövlət naziri Ketevan Tsixelaşvili açaraq nazirliyin dəstəyi ilə Gürcüstanın Kvemo Kartli və Kaxeti bölgələrində gürcü və azərbaycanlı gənclərdən ibarət mobil qrupların könüllü şəkildə qadın və məişət zorakılığına dair təbliğatın aparılmasının zəruri olduğunu bildirib. Onun sözlərinə görə, mobil qrupları yerlərdə valideynlər və müəllimlərlə görüşərək qadın və məişət zorakılığına qarşı hüquqlar haqqında onlara ətraflı məlumat verəcəklər.

Görüşdə Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirinin birinci müavini Petre Kankava, dövlət nazirinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Zaur Darğallı, BMT-nin Gürcüstan Assosiasiasının rəhbəri Rusudan Çanturiya, Gürcüstan Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Tamar Sirbiladze çıxış ediblər.

Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirinin Kvemo Kartli bölgəsi üzrə müşaviri, layihə rəhbəri Zaur Darğallı APA-ya açıqlamasında bildirib ki, layihəni həyata keçirməkdə məqsəd gender bərabərliyi, ailədə zorakılıq, erkən evlilik barədə əhalini məlumatlandırmaqdır: “Layihəmiz 2 ay davam edəcək. Nazirliyimizin təşəbbüsü ilə yaratdığımız 10 mobil qrupları layihə çərçivəsində bölgələr üzrə 51 kənddə olacaq və mövzu ilə bağlı 80 görüş keçirəcəklər. Görüşlərdə şagirdlər, müəllimlər, valideynlər və icma üzvlərinin iştirakı planlaşdırılıb».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR