Agentlik: Türkiyədə qadağan olunmuş məhsulların Azərbaycanda satışı həyata keçirilmir

 Agentlik: Türkiyədə qadağan olunmuş məhsulların Azərbaycanda satışı həyata keçirilmir
# 16 may 2018 10:03 (UTC +04:00)

"Türkiyədə qadağa qoyulan məhsulların Azərbaycanda satışı həyata keçirilmir".

"APA-Economics" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

Q.Təhməzlinin sözlərinə görə, həmin məhsulların siyahısı barədə Türkiyənin Qida, Tarım və Heyvandarlıq Nazirliyi məlumat yayıb.

"Biz Azərbaycanda müvafiq qurumlarla əlaqə saxladıq. Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyindən bizə daxil olan məlumata əsasən idxal prosesində həmin şirkətlərin heç bir məhsulu təmsil olunmayıb. Buna baxmayaraq ticarət şəbəkələrində də monitorinqlər həyata keçirildi və həmin məhsulların satışının həyata keçirilməsi qeydə alınmadı", - deyə Q.Təhməzli vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR