Mixail Saakaşvili Yeqor Qaydarın qızını özünə müavin təyin edəcək

Mixail Saakaşvili Yeqor Qaydarın qızını özünə müavin təyin edəcək
# 17 iyul 2015 12:04 (UTC +04:00)

APA-nın “dumskaya.net” və “censor.net” saytlarına istinadən yaydığı məlumata görə, M. Saakaşvili prezident Pyotr Poroşenkodan M. Qaydara Ukrayna vətəndaşlığı verilməsini xahiş edib. O, M. Qaydarın sosial sahəyə cavabdeh olacağını deyib: “Odessaya hazırda bütün Ukrayna, Avropa və Rusiya baxır. Odessada müsbət dəyişikliklər dünyaya təsir edəcək. Mən istəyirəm ki, Ukrayna xalqı bilsin – rus xalqı təkcə hakimiyyətdən ibarət deyil, orada sizin ölkənizə ümidlə baxan insanlar da var”.

M. Saakaşvili M. Qaydarı güclü iqtisadçı və hüquqşünas kimi qiymətləndirib.

Qeyd edək ki, Mariya Qaydar Rusiyanın məşhur dövlət xadimi, siyasətçi və iqtisadçı, mərhum Yeqor Qaydarın qızıdır. O, “Exo Moskvı” radiosunun jurnalisti, “Sosial sorğu” adlı Sosial Müdafiə və Əhaliyə Dəstək Fondunun təsisçisi və rəhbəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR