Bank Of Baku

Tərtərdə narkotik qəbul edərək avtomobil idarə edən sürücü müəyyən edilib - FOTO

Saxlanılan şəxs - Mahmud Ağayev

© APA | Saxlanılan şəxs - Mahmud Ağayev

# 30 yanvar 2022 11:30 (UTC +04:00)

Tərtər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini Mahmud Ağayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil nəzarət qaydasına uyğun olaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, yoxlamalar zamanı M.Ağayevin nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib. Həmçinin sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitələr olan metamfetamin və marixuana qəbul etdiyi məlum olub.

M.Ağayev barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR