Kreditlərə görə kompensasiyanı hesablayan daha bir kalkulyator hazırlanıb

Kreditlərə görə kompensasiyanı hesablayan daha bir kalkulyator hazırlanıb
# 04 mart 2019 15:07 (UTC +04:00)

Dövlət büdcəsinin hesabına xarici valyutada mövcud olan əsas kredit borcuna görə ödənişin hesablanması üzrə Kalkulyator tərtib olunub.

Bu barədə ONA-ya İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, kalkulyatorda həm 21 fevral 2015-ci il, həm də 21 dekabr 2015-ci il tarixinə xarici valyutada mövcud olan əsas kredit borcunu daxil etməklə kompensasiya məbləğini hesablamaq mümkündür.

Kalkulyatorla həm scroll-bar, həm də xanada əsas kredit borcunu göstərməklə kompensasiyanı hesablamaq mümkün olacaq.

Kompensasiya məbləğini elektron hesablamaq üçün aşağıdakı linkdən istifadə etmək lazımdır: http://iqtisadiislahat.org/calculator/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR