Azərbaycan kimya sənayesi məhsullarının ixracını 7% artırıb

Azərbaycan kimya sənayesi məhsullarının ixracını 7% artırıb
# 13 aprel 2018 11:18 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 12 mln. 356,25 min ABŞ dolları dəyərində 26 5975,44 ton kimya sənayesi məhsulları ixrac edib.

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin üç ayı ilə müqayisədə 1 666,05 ton və ya 6,58% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 2 mln. 811,29 min dollar və ya 29,45% çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 9 mln. 544,96 min dollar dəyərində 25 309,40 ton kimya sənayesi məhsulları ixrac edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-mart aylarında kimya sənayesi məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 0,37%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR