Pedro Aqramunta Rusiya ali məktəbinin fəxri doktoru adı verilib

Pedro Aqramunta Rusiya ali məktəbinin fəxri doktoru adı verilib
# 18 oktyabr 2017 12:24 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) keçmiş prezidenti Pedro Aqramunta Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının (RANXiQS) fəxri doktoru adı verilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Aqramunt RANXiQS-in fəxri doktor adını alan ilk ispan olub.


Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski "Facebook" sosial şəbəkəsindəki səhifəsində Arqamuntla dostluğu ilə fəxr etdiyini yazıb: "Aqramunt Rusiya-İspaniya münasibətlərinə böyük töhfə verib. Lakin bu, ən başlıcası deyil. Aqramunt böyük cəsarətə malik insandır. AŞPA prezidenti olduğu zaman Suriyaya getməkdən qorxmamışdı. Hmeymim hərbi bazamızda olan zaman Rusiya Müdafiə Nazirliyinin unikal nəticələr əldə etdiyini bildirmişdi. Fikrimcə, Aqramunt yaxşı başa düşürdü ki, AŞPA-dakı anti-Rusiya qüvvələri bu addımına görə onu bağışlamayacaqlar və onu vəzifəsindən uzaqlaşdırmağa çalışacaqlar. Bir müddət öncə bu, baş verdi. Lakin Pedro Aqramunt Rusiyanın Suriyadakı fəaliyyəti barədə həqiqətləri bilməyə və danışmağa üstünlük verdi. Bəli, o, yüksək vəzifəsindən mərhum oldu, lakin onun sayəsində milyonlarla avropalı Rusiyaya təbliğatçı şablonlarsız baxdı”.

Qeyd edək ki, Pedro Aqramunt oktyabrın 6-da AŞPA prezidenti vəzifəsindən istefa verib. Onun səlahiyyət müddəti 2018-ci ilin yanvarında baş çatırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR