ABŞ-da məsciddə partlayış törədilib

ABŞ-da məsciddə partlayış törədilib
# 05 avqust 2017 17:52 (UTC +04:00)

ABŞ-ın Minneapolis şəhərində məsciddə partlayış baş verib. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, insident şəhərin ətrafındakı Bluminqton rayonunda baş verib. Partlayış nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat verilmir.

İnsidentin Federal Təhqiqatlar Bürosu tərəfindən araşdırılır.

Hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.

Yerli KİV-lərin məlumatına görə, naməlum şəxs partlayıcı qurğunu məscidin pəncərəsindən içəri atıb, daha sonra isə yük maşınına minərək hadisə yerindən uzaqlaşıb. Partlayışdan sonra binada yanğın baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR