Bakıdakı “Metropark” əyləncə mәrkәzinә partlayıcı qoyulması barәdә mәlumat yalan çıxıb - FOTO - YENİLƏNİB

Bakıdakı “Metropark” əyləncə mәrkәzinә partlayıcı qoyulması barәdә mәlumat yalan çıxıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB
# 23 oktyabr 2013 19:40 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakının Nәrimanov rayonunda yerlәşәn “Metropark” əyləncə mәrkәzindә partlayıcı aşkarlanmayıb. Hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi APA-nın müxbirinə açıqlamasında bildirib ki, əyləncə mərkəzinə partlayıcı qoyulması barədə məlumat təsdiqlənməyib.

*** 21.38

Bakı. Mahir Məmmədli-APA. Bu gün saat 20.00 radәlәrindә Bakının Nәrimanov rayonunda yerlәşәn “Metropark” əyləncə mәrkәzinә partlayıcı qoyulması barәdә mәlumat daxil olub. APA-nın məlumatına görə, dәrhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xidmәtlәrinin, hüquq-mühafizә orqanlarının vә “Azәriqaz”ın әmәkdaşları hadisә yerinә cәlb edilib.

Binadakı vәtәndaşlar vә mәrkәzin әmәkdaşları tәxliyyә edilib. Binaya qaz verilişi dayandırılıb.

Bu dәqiqәlәrdә istehkamçılar binada axtarış aparırlar. Axtarışda xüsusi öyrәdilmiş itlәrdәn istifadә edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR