Monteneqroda Hüseyn Cavidin büstü və “Bakı” küçəsinin açılışı olub

Monteneqroda Hüseyn Cavidin büstü və “Bakı” küçəsinin açılışı olub
# 12 sentyabr 2013 08:25 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Monteneqronun paytaxtı Podqoritsa şəhərinin “Kral parkı”nda böyük Azərbaycan ədibi Hüseyn Cavidin büstünün və şəhərin mərkəz hissəsində “Bakı” küçəsinin təntənəli açılış mərasimi keçirilib. Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlının APA-ya verdiyi məlumata görə, tədbirdə Monteneqronun baş naziri Milo Cukanoviç və Azərbaycanın baş nazirinin müavini Elçin Əfəndiyev, dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Gülbəniz Babaxanlı bildirib ki, “Bakı” küçəsinin salınması və Hüseyn Cavidin büstünün ucaldılması prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR