Türkiyədəki mədən faciəsinə görə 18 nəfər saxlanılıb - VİDEO

Türkiyədəki mədən faciəsinə görə 18 nəfər saxlanılıb - <span style="color: red;">VİDEO
# 18 may 2014 17:16 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Soma rayonunda baş verən mədən faciəsi ilə bağlı 18 nəfər saxlanılıb.

APA TV-nin xəbərinə görə, onlardan 5-i istintaqa cəlb edilib. İstintaqa ifadə verənlər arasında "Soma Mədənçilik"in yüksək vəzifəli şəxsləri də var. İstintaq Akhisar Cümhuriyyət Prokurorluğu tərəfindən aparılır.

İstintaqa cəlb edilənlər arasında Soma Mədən İşlətmələrinin rəhbəri Ramazan Doğru və icraçı müdiri Akın Çelikin də olduğu bildirilib. Polis məhkəmə binasının ətrafında təhlükəsizlik tədbirləri görüb. Binaya yalnız saxlanılanların vəkilləri buraxılır.

Qeyd edək ki, faciənin baş verməsindən yalnız 4 gün sonra ortaya çıxan şirkətin sahibi və icraçıları keçirdikləri mətbuat konfransında baş vermiş qəzaya görə məsuliyyət daşımadıqlarını bildiriblər.

Xatırladaq ki, Türkiyədə baş vermiş mədən faciəsində 301 nəfər ölüb, 120 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR