Azərbaycanda Yusif və Zəhra adları populyarlığını saxlayır - VİDEO

Azərbaycanda Yusif və Zəhra adları populyarlığını saxlayır - <span style="color: red;">VİDEO
# 29 mart 2014 11:31 (UTC +04:00)

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanda doğulan oğlan uşaqlarına verilən adlardan ən populyarı Yusifdir. Belə ki, bu ad 541 körpəyə verilib. İkinci yerdə Hüseyn (344), üçüncü yerdə isə Əli (325) adıdır.

Qız uşaqlarına ən çox verilən ad isə Zəhra adıdır. Bu ad 459 qız uşağına qoyulub. Digər ən çox verilən adlar isə Nuray və Fatimədir. Belə ki, 353 nəfərə Nuray, 301 nəfərə isə Fatimə adı verilib.

Qeyd edək ki, bu adlar əvvəlki illərdə də ən çox verilən adlar siyahısında olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR