AEBA: İran mayın 20-dən etibarən öz nüvə obyektlərinin heç birində 5%-dən yuxarı nisbətdə uranın zənginləşdirilməsini həyata keçirmir

AEBA: İran mayın 20-dən etibarən öz nüvə obyektlərinin heç birində 5%-dən yuxarı nisbətdə uranın zənginləşdirilməsini həyata keçirmir
# 24 may 2014 17:32 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) icraçı direktoru İranın nüvə proqramı ilə bağlı növbəti rüblük hesabatını yayıb.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, sənəddə bildirilir ki, İran nüvə məsələsində öz üzərinə götürdüyü öhdəliklərə bağlı qalıb: “İranın AEBA ilə əldə olunmuş razılaşma və BMT Təhlükəsizlik Şurasının qərarlarının bəzi maddələrini yerinə yetirib”.

Hesabatda həmçinin deyilir ki, İranın bu il mayın 20-dən etibarən öz nüvə obyektlərinin heç birində 5%-dən yuxarı nisbətdə uranın zənginləşdirilməsini həyata keçirmir: “Bundan əvvəl rəsmi Tehran 20% həddində nisbətində zənginləşdirdiyi uranın yarısının azaldılması istimaqtində işi tamamlayıb. İran 2013-cü il noyabrında və 2014-cü il fevralın 9-da əldə olunmuş razılaşmalar uyğun olaraq öz məsuliyyət və öhdəliklərini təyin olunan proqrama uyğun olaraq yerinə yetirib”.

Sənəddə İranın AEBA ilə mövcud əməkdaşlığında nüvə sahəsində 7 mühüm dəyişikliyin baş verdiyi qeyd olunub: “2014-cü il mayın 20-də İranla AEBA 5 maddəlik praktiki addımın həyata keçirilməsi mövzusunda razılaşma əldə olunub. Avqustun 25-dək həmin 5 praktiki addım İran tərəfindən həyata keçirilməlidir”.

Qeyd edək ki, mayın 20-də Tehranda İranla AEBA arasında əməkdaşlığın davam etdirilməsi barədə 5 maddəlik razılaşma əldə olunub. Sənəddə həmin praktiki addımların avqustun 25-dək həyata keçirilməsinin planlaşdırıldığı qeyd olunub. Həmin 5 praktik addımdan üçü mövcud cari məsələlər, ikisi isə keçmiş məsələlərlə bağlıdır. İran indiyədək AEBA ilə əldə etdiyi iki razılaşma ilə 13 praktiki addımı icra edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR