Toni Bler və Corc Buş arasındakı telefon danışıqları ictimailəşdirilə bilər

Toni Bler və Corc Buş arasındakı telefon danışıqları ictimailəşdirilə bilər
# 02 yanvar 2014 13:40 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Böyük Britaniya hökuməti sabiq baş nazir Toni Bler və ABŞ-ın keçmiş prezidenti Corc Buş arasındakı danışıqlar barədə məlumatları ictimailəşdirə bilər. APA-nın xəbərinə görə, bu barədə “The Independent” qəzeti məlumat yayıb.

Bildirilir ki, Britaniya hökuməti 2003-cü ildə İraq müharibəsindən öncə T.Bler və C.Buş arasındakı telefon danışıqları, məktublar, görüş və müzakirələrin təfərrüatlarını açıqlaya bilər. Planlaşdırılır ki, məlumatlar yaxın bir neçə ay ərzində ictimaiyyətə təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR