Kiyevdə yaralanmış azərbaycanlı gəncin anası: “Oğlum ölməyib, sağdır”

Kiyevdə yaralanmış azərbaycanlı gəncin anası: “Oğlum ölməyib, sağdır”
# 22 fevral 2014 21:26 (UTC +04:00)

Bunu APA-ya T. Mustafayevin anası Tatyana Mixayilovna Mustafayeva bildirib.

Özü Kiyevdə yaşayan T. Mustafayeva bildirib ki, bu gün mətbuatda oğlunun ölüm xəbərini eşidən kimi dərhal oğlunun yatdığı xəstəxana ilə, daha sonra isə özü ilə əlaqə yaradıb, yayılan xəbərin yalan olduğunu öyrənib: “Teymurun yarası elə də ölümcül deyil. Güllə bel nahiyyəsindən dəysə də, əvvəldən həkimlər bildirmişdi ki, həyati təhlükəsi yoxdur. Burdakı diaspor rəhbəri, iş adamı Rövşən Tağıyevdə onun sağalması üçün hər şeyi nəzarətə götürüb. Mən indicə həkimlər və oğlumla danışdım, vəziyyəti normaldır, müalicəsi davam edir. Heç bir problem yoxdur”.

Qeyd edək ki, Mustafayev Teymur Əli oğlu fevralın 19-da axşam saatlarında Qərbi Ukraynanın Volın vlayətinin Turçin şəhərindən Kiyevə anasının yanına gəlib və həmin axşam da Maydandakı aksiyalara qoşulub. O gecə səhərə qədər evə dönməyən T. Mustafayevdən daha sonra heç bir xəbər çıxmayıb və bir gün sonra o yaralı vəziyyətdə yaşadığı Volın vilayətinin Lutsk şəhər xəstəxanasında tapılıb. Aksiyalar zamanı belindən snayperlə vurulan T. Mustafayevi fevralın 20-də təcili tibbi yardımla yaşadığı vilayətə çatdırıblarmış. Əslən Bakının Hövsan qəsəbəsindən olan T. Mustafayev 1987-ci il təvəllüdllüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR