® “British American Tabacco” tütünün zərərinin azaldılmasına ildə 170 mln. funt sterlinq yatırır

<font color=red>® </font>“British American Tabacco” tütünün zərərinin azaldılmasına ildə 170 mln. funt sterlinq yatırır
# 30 may 2014 09:59 (UTC +04:00)

Bakı – APA-Economics. Ümumdünya Səhiyyə Təşkilatının apardığı hesablamalara görə hazırda dünyada 1 milyard siqaret çəkən insan var və 2050-ci ilə qədər bu rəqəmin 2,2 milyarda çatacağı gözlənilir. Bu barədə “APA-Economics”ə “British American Tabacco” şirkətinin məlumatında bildirilir.

Hamıya məlum olan sağlamlıq risklərinə və siqareti tərgitmə təzyiqlərinə baxmayaraq milyonlarla yetkin insan siqaret çəkməyi seçirlər.

İndi artıq alternativlərə baxmaq vaxtıdır.

Yeni, daha realistik və proqressiv bir istiqamətə ehtiyac vardır.

Çəkdikləri siqaret sayını azaltmağa və ya siqareti atmağa çalışan yetkin siqaret çəkənlərə e-siqaret kimi daha az riskli məhsullar seçmək təklif olunur.

Bu yanaşma bizim və əksər alimlərin “Tütünün zərərinin azaldılması” kimi istinad etdiyimiz yanaşmadır və biz inanırıq ki, yetkin siqaret çəkənlərə seçim sərbəstliyi təklif etmək bu yanaşmanın uğurunda həlledici amildir.

Siqaret çəkənlərin istəklərini və ehtiyacları haqqında malik olduğumuz bilik onu deməyə əsas verir ki, biz onları istehlakçı kimi anlayır və daha az riskli alternativlərin yaradılmasına və inkişaf etdirilməsinə kömək edə bilərik.

Həmçinin, biz hesab edirik ki, biz bu debatların və həllin iştirakçısı ola bilərik və olmalıyıq.

Biz tütünün zərərinin azaldılması konsepsiyasına sadiqliyimizi qoruyur və artıq bu istiqamətdə ildə 170 milyon funt sterlinq sərmayə qoyuruq ki, bu da bizə az riskli tütün və nikotin məhsullarının geniş çeşidinin təklif edilməsinə imkan verir.

Lakin, bunun işləməsi üçün hökumətlər və ictimai səhiyyə birliklərinin bu konsepsiyaya və məhsullara günümüzün uğursuz yanaşmalarına real alternativ kimi dəstək vermələri və qucaq açmalarına ehtiyac vardır.

Biz tütünün zərərinin azaldılması konsepsiyasının reallığa çevrilməsi istiqamətində əməkdaşlıq etmək imkanlarını salamlayırıq. Bu tütündən istifadənin azaldılmasına çalışan hökumətlər üçün təcrübi və praqmatik yanaşma təmin edən real alternativdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR