Bakıda Şaxta baba olmaq istəyən vətəndaşlardan müraciətlərin qəbuluna başlanıb

Bakıda Şaxta baba olmaq istəyən vətəndaşlardan müraciətlərin qəbuluna başlanıb
# 04 dekabr 2013 12:21 (UTC +04:00)

Bu barədə APA-ya Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov məlumat verib.

Ə. Bağırov deyib ki, hər il dekabr ayının əvvəllərində müraciətlərin qəbulu başlanır. Şaxta baba olmaq istəyənlər üçün verilən icazənin məbləği də dəyişməyib və əvvəlki illərdə olduğu kimi, 60 manatdır.

Departament Bakı Dənizkənarı Bulvarı istisna olunmaqla, paytaxtın bütün rayonlarında Şaxta baba fəaliyyəti üçün icazə verir. İcazə alan şəxslər yanvar ayının 13-dək Şaxta baba fəaliyyəti göstərə bilərlər. Ötən il departament tərəfindən ümumilikdə 20 nəfərə bu cür icazə verilib.

Ə. Bağırov onu da qeyd edib ki, Yeni il bayramına hazırlıqla əlaqədar yaxın günlərdə paytaxtın Fəvvarələr Meydanında Ticarət və Xidmət Departamentinin təşkilatçılığı ilə yarmarka açılacaq. Yeni ilədək davam edəcək yarmarkada aşağı qiymətlərlə Yeni il bayramında istifadə olunan şam ağacları, onların aksessuarları və s. satılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR