Gəncədə azyaşlılar arasında bıçaqlaşma olub

Gəncədə azyaşlılar arasında bıçaqlaşma olub
# 24 dekabr 2013 11:46 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə 15 yaşlı oğlan özündən bir yaş böyük tanışını bıçaqlayıb.

Gəncə şəhər baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin şərq hissəsində yerləşən uşaq bağçasının həyətində baş verib.

Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Sənan Əliyevlə 1997-ci il təvəllüdlü Miryusif Hüseynov arasında mübahisə yaranıb və S.Əliyev özündən bir yaş böyük M.Hüseynovu bıçaqlayıb. O, qarının kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Gəncə şəhər Baş Polis İdarəsində faktla bağlı araşdırma aparılır. M.Hüseynovu bıçaqlayan şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR