NATO-nun baş katibi Azərbaycan, Gürcüstan və Moldovanı təbrik edib

NATO-nun baş katibi Azərbaycan, Gürcüstan və Moldovanı təbrik edib
# 29 noyabr 2013 14:48 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. NATO-nun baş katibi Anders Foq Rasmussen Avropa Birliyinin “Şərq tərəfdaşlığı” sammitinin yekunları ilə bağlı bəyanatla çıxış edib. APA-nın NATO-nun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, A. F. Rasmussen zirvə toplantısının yekunlarını alqışlayaraq Azərbaycan, Gürcüstan və Moldovanı suveren seçimləri ilə əlaqədar təbrik edib: “Mən Azərbaycan, Gürcüstan və Moldovanı Avropa Birliyi ilə münasibətlərdə vacib addımların reallaşdırılması münasibətilə, eləcə də müəyyənlik, mərdlik və yerinə yetirilən mürəkkəb iş səbəbi ilə təbrik edirəm. Bu gün imzalanan sazişlər islahatları, ticarəti və humanitar əlaqələri gücləndirəcək. Razılaşmalar Avropada azadlıq, sabitlik və inkişafa töhfə deməkdir. Mən “Şərq tərəfdaşlığı” proqramını alqışlayıram, biz siyasi assosiasiya və iqtisadi inteqrasiya prosesini inkişaf etdirəcəyik. NATO bu məqsədləri bölüşür və təhlükəsizlik sahəsində əməkdaşlıq və tərəfdaşlıq yolu ilə dəstəkləyir”.

Xatırladaq ki, Azərbaycan AB ilə viza sadələşdirilməsi haqda saziş imzalayıb. Gürcüstan və Moldova isə AB ilə assosiasiya sazişini paraflayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR