Paşha Bank
Bank Of Baku

Bakıda yolu keçən piyadanı maşın vurub

Bakıda yolu keçən piyadanı maşın vurub
# 15 aprel 2019 11:14 (UTC +04:00)

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

ONA-nın məlumatına görə, hadisə Bakı şəhəri, Yasamal rayonu, "20 Yanvar" metrostansiyasının yaxınlığındakı "Badi-Səba" şadlıq sarayının qarşısında qeydə alınıb.

1993-cü il təvəllüdlü Məşədiyev Məhəmməd Ağabala oğlunun idarə etdiyi “Runa” markalı avtomobil yolu keçən piyada, Bakı şəhər sakini Ziyafət Bünyadovu vurub. Nəticədə Z.Bünyadov kəllə-beyin travması ilə 1 saylı kliniki tibbi mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR