Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqlənən 16 elektron xidməti “Elektron hökumət” portalında yerləşdirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqlənən 16 elektron xidməti “Elektron hökumət” portalında yerləşdirilib
# 13 avqust 2015 09:22 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Elektron hökumət” bülleteninin avqust buraxılışında “Elektron hökumət” portalındakı (e-gov.az) e-xidmətlərin Azərbaycan Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı ilə növbəti müqayisəli təhlili aparılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu siyahıda digər dövlət qurumları ilə yanaşı, nazirliyin də 16 xidmətini görmək olar.

RYTN-in təsdiq olunan 16 elektron xidmətdən hər biri “Elektron hökumət” portalında yerləşdirilib.

Ümumilikdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 35 elektron xidməti portal üzərindən istifadə olunur.

RYTN-in rəsmi internet səhifəsində (mincom.gov.az) isə 26 elektron xidmət istifadədədir. Nazirliyin Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısında olan 16 xidməti saytda yerləşdirilən 26 xidmət sırasında yer alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR