Bank Of Baku

İran parlamentinə hücum edən İŞİD terror qruplaşmasının üzvlərinin məhkəməsi keçirilir

İran parlamentinə hücum edən İŞİD  terror qruplaşmasının üzvlərinin məhkəməsi  keçirilir
# 28 aprel 2018 13:44 (UTC +04:00)

İran parlamentinə hücum  edən İŞİD  terror qruplaşmasının həbs olunan üzvlərinin məhkəməsi  keçirilir.

 

APA-nın Tehran bürosunun məlumatına görə, bu gün Tehran İnqilab Məhkəməsində açıq məhkəmə keçirilib.

 

Bugünkü məhkəmədə prokror bu cinayət işi ilə bağlı 8 nəfərin ittiham olunduğu maddələri açıqlayıb. Onlar yüngül, orta ağır və ağır çaplı odlu silahların qanunsuz alınması, satışı və daşınamasında ittiham olunurlar.

 

Hakim cinayət işi üzrə  26 nəfərin saxlanıldığını bildirib və qeyd edib ki, digər şəxslərin ittiham aktı onların və vəkillərinin iştirakı ilə növbəti məhkəmə proseslərində  oxunacaq.

 

Qeyd edək ki,  ötən ilin iyun ayının 7-də  İŞİD terror qruplaşmasının üzvləri İran parlamentinə hücum etmişdi.  Hücum nəticəsində  parlamentin mühafizəçilərindən və dinc əhalidən bir neçə nəfər ölüb və yaralanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR