Gömrük Akademiyasında Novruz bayramı münasibətilə tədbir keçirilib - FOTO

Gömrük Akademiyasında Novruz bayramı münasibətilə tədbir keçirilib - <span style="color: red;">FOTO
# 19 mart 2015 15:41 (UTC +04:00)

Bakı. APA-Economics. Novruz bayramı münasibətilə Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında tədbir keçirilib.

DGK-dən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə akademiyanın tələbə və müəllim heyəti ilə yanaşı, DGK sədrinin müavini Şahin Bağırov və komitənin digər rəsmi şəxsləri iştirak ediblər.

Tələbələrin təşəbbüsü ilə hazırlanan bayram şənliyinin əvvəlində Novruzun yaranması, xüsusiyyətləri, Novruz adətləri haqqında məlumat verilib. Daha sonra bayramın əsas atributlarından biri olan tonqal qalanıb. Bayram tədbiri tələbələrin hazırladığı kosa və keçəl, xanbəzəmə milli oyunları, mahnılar və rəqslərlə davam edib. Tələbələrin çıxışları böyük maraq və alqışlarla qarşılanıb.

Qeyd olunub ki, artıq Novruz bayramı sadəcə ölkə miqyasında deyil, beynəlxalq arenada da qeyd edilir. Belə ki, Birləşmiş Millətlər Təşkilatı 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib.

Ş. Bağırov komitə rəhbərliyi adından akademiyanin kollektivini Novruz bayramı münasibətilə təbrik edib. Tələbələrin təşəbbüsünü alqışlayan sədr müavini milli bayramlarımızın təntənə ilə qeyd edilməsinin gənc nəslin milli vətənpərvərlik ruhunda yetişməsindən xəbər verdiyini diqqətə çatdırıb.

Tədbir Novruz tonqalı ətrafındakı “Yallı” rəqsi ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR