Son 9 ildə xarici ölkələrdə 215 Azərbaycan diaspor təşkilatı yaradılıb

Son 9 ildə xarici ölkələrdə 215 Azərbaycan diaspor təşkilatı yaradılıb
# 06 mart 2013 11:41 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Son 9 ildə xarici ölkələrdə yaşayan azərbaycanlılar tərəfindən 215 diaspor təşkilatı yaradılıb. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin 2012-ci ilin yekunlarına dair parlamentə təqdim etdiyi illik hesabatda bildirilir.

Hesabatda qeyd edilib ki, ötən il ərzində xarici ölkələrdə 9 yeni diaspor təşkilatı yaradılıb. Beləliklə, hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sayı 433-ə çatıb.

Hesabata əsasən, 2003-2012-ci illər ərzində xarici ölkələrdə 2078 tədbir keçirilib ki, bunlardan 66-sı dövlət əhəmiyyətli olub. Son 9 ildə keçirilən tədbirlərdən 983-ü (onlardan 259-u ötən il olmaqla) Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edib. Son 9 ildə xarici ölkələrdə 500 mədəni-kütləvi tədbir keçirilib. 182 tədbir xarici ölkələrin ictimai-siyasi xadimləri, siyasi partiyaları, dövlət orqanları, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına xidmət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR