Robert Prosineçki: “Yuventus” sanki 90 milyon avroya donuz alıb

Robert Prosineçki: “Yuventus” sanki 90 milyon avroya donuz alıb
# 11 avqust 2016 12:45 (UTC +04:00)

Bakı – APA. Qonzalo İquainin “Napoli”dən “Yuventus”a 90 milyon avro müqabilində transfer olunması dünyanın gündəmindən düşmür. Apasport.az saytının məlumatına görə, argentinalı forvardın yeni komandasının heyətində meydana çıxdığı ilk yoxlama görüşündə çəkisinin artıq olması birmənalı qarşılanmayıb.

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki də İquainin çəkisinin artmasına münasibət bildirib. “Goal.com” saytına danışan təcrübəli mütəxəssis hücumçunun hətta ondan da kök olduğunu deyib: “İquaini görəndə şoka düşdüm. O, hətta məndən də kök görünür. “Yuventus” futbolçuya görə 90 milyon avro xərc çəkib. Onlar bu qiymətə sanki kiçik donuz alıblar”.

Qeyd edək ki, Qonzalo İquain ötən mövsüm “Napoli”nin heyətində A seriyasında 36 qola imza atmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR