Lənkəranda itkin düşən kişinin meyiti tapılıb

Lənkəranda itkin düşən kişinin meyiti tapılıb
# 24 iyun 2024 15:59 (UTC +04:00)

Lənkəranda ötən gündən itkin düşən 35 yaşlı kişinin meyiti tapılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün günorta saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində, Dəhnə deyilən ərazidə körpünün altında kişi meyiti tapılıb. Dərhal hadisə yerinə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Məlum olub ki, meyit ötən gündən itkin düşən Lənkəran rayon Sütəmurdov kənd sakini 1989-cu il təvəllüdlü Vüsal Əliqulu oğlu Rəhimovdur.

İlkin məlumata görə, V.Rəhimov körpüdən yıxılaraq ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR