PA-nın sektor müdiri: Yazdığı layihə ilə əməli uyğun gəlməyən QHT-lərə heç bir güzəşt oluna bilməz

PA-nın sektor müdiri: Yazdığı layihə ilə əməli uyğun gəlməyən QHT-lərə heç bir güzəşt oluna bilməz
# 24 iyun 2024 12:58 (UTC +04:00)

“Maliyyə şəffaflığı və intizamı ən vacib məqamlardan biridir. Yazdığı layihəsi ilə praktikada əməli uyğun gəlməyən QHT-lərə heç bir güzəşt oluna bilməz və olunmayacaq".

APA xəbər verir ki, bunu Zəngilanda keçrilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunda çıxışında Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdir Tural Əliyev deyib.

O, xarici donorlarla işləyən Azərbaycan QHT-lərini bir daha bu xüsusda əməkdaşlıqlarını yalnız Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq bildirişi əsasında qurmağa çağırıb: "Bu sahədə xidməti müqavilələr dövrü geridə qalmaqdadır. Qanunsuz hesablaşmalar isə ciddi hüquqi məsuliyyət yaradır. Sirr deyil ki, qrantların “qaranlıq dövriyyəsi” bir sıra hallarda məhz xarici donorlar üçün Azərbaycanın daxilinə sızma cəhdləridir. QHT-ləri bu məsələlərdə son dərəcədə diqqətli olmağa dəvət edirik. QHT seqmentinə xaricdən qeyri-qanuni yollarla, “qrant” adı altında müdaxilə cəhdləri yolverilməzdir, bu cəhdləri edənlər bundan sonra da Azərbaycan dövlətinin qəti addımları ilə qarşılaşacaqlar.

Oxşar ad və üsullarla bir çox ölkələrdə, o cümlədən regionumuzda sabitliyin necə pozulduğu, “xarici dirijor çubuqları” ilə hansı təlatümlərin yaşandığı göz önündədir.

Bir sıra xarici dairələr hər fürsətdə qəsdən kosmopolit, yad, zərərli ideoloji fikirlər yaymaqla, Azərbaycanda güclü olan ənənəvi milli-mənəvi dəyərləri, ailə dəyərlərini, yüksək vətənpərvərlik hisslərini, dini və etnik mühitdəki nümunəvi harmoniyanı zədələməyə çalışırlar. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsinə vəsilə olan, Tarixi Zəfərimizin əsasını təşkil edən ideoloji, mənəvi dəyərlərə qarşı bu qəsdin, hücumun qarşısının alınmasında Azərbaycan QHT-ləri ön sıralarda yer alır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR