"Duzdağ Mərkəzi"nin hüquqi statusu müəyyənləşib

"Duzdağ Mərkəzi"nin hüquqi statusu müəyyənləşib
# 24 iyun 2024 14:45 (UTC +04:00)

Vaxtilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin balansında olan "Duzdağ Fizioterapiya Mərkəzi"nin tabeliyi dəyişib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Mərkəz Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının tabeliyinə verilib. Bununla bağlı, bütün sənədləşmə işləri artıq yekunlaşıb. Həmkarlar İttifaqları Şurasından verilən məlumata görə, Mərkəzin adı dəyişdirilərək "Duzdağ Müalicə Mərkəzi" MMC adlandırııb. Həmçinin mərkəzdə qısa vaxt ərzində təmir-bərpa işlərinə də start verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR