Daş karxanasında fəhlə dəzgahın altında qalaraq ölüb

Daş karxanasında fəhlə dəzgahın altında qalaraq ölüb
# 11 avqust 2014 09:53 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda daş karxanasında ölüm hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə Türkan qəsəbəsində yerləşən daş karxanasında qeydə alınıb.

Orada çalışan Bəxtiyar Mirzəyev ehtiyatsızlıqdan dəzgahın altında qalaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR