Bank Of Baku

Azərbaycanın xidmətlər balansında 1 mlrd. dollarlıq kəsir yaranıb

Azərbaycanın xidmətlər balansında 1 mlrd. dollarlıq kəsir yaranıb
# 15 sentyabr 2026 12:38 (UTC +04:00)

2026-cı ilin 6 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 9.2 milyard dollar təşkil edib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bunun 5.1 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 4.1 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 1.2% azalaraq 1 milyard dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1 milyard dollar olub. Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 66.5 milyon dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR