Müdafiə Sənayesi Nazirliyində CAR nümayəndə heyəti ilə görüş keçirilib

Müdafiə Sənayesi Nazirliyində CAR nümayəndə heyəti ilə görüş keçirilib
# 01 aprel 2015 15:06 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Müdafiə Sənayesi Nazirliyində Cənubi Afrika Respublikasının (CAR) Elmi və Sənaye Tədqiqatları Şurasının nümayəndə heyəti ilə görüş keçirilib.

APA-nın Müdafiə Sənayesi Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə qonaqlara nazirliyin fəaliyyəti ilə bağlı məlumat verilib, habelə Azərbaycanla CAR arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Görüşdə Cənubi Afrika Respublikasının Azərbaycandakı səfiri Vika Mazvi Khumalo da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR