Malidə fövqəladə vəziyyət rejimi uzadılıb

Malidə fövqəladə vəziyyət rejimi uzadılıb
# 21 iyul 2016 01:17 (UTC +04:00)

Bakı-APA. Malidə fövqəladə vəziyyət rejimi 10 gün uzadılıb

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, iyulun 19-da silahlılar ölkənin mərkəzində yerləşən Nampala şəhərində hərbi hissəyə hücum ediblər.

Hadisə nəticəsində 17 nəfər ölüb, 35-i yaralanıb. Ölkədə həmçinin 3 günlük matəm elan edilib.

Hücuma görə məsuliyyəti "Ənsər-əd-Din" terror qruplaşması öz üzərinə götürüb.

Qeyd edək ki, Malidə hökumət qüvvələri ilə müxtəlif separatçı və radikal islamçı qruplaşmalar arasında münaqişə 2012-ci ildə başlayıb. “Ənsər-əd-Din” ekstremist qruplaşmasının silahlıları bir neçə dəfə BMT-nin Malidəki hərbi bazalarına hücum edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR