Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub

Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub
# 21 oktyabr 2014 11:17 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Axtarışda olan Rusiya vətəndaşı Azərbaycanda tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasında axtarışda olan Mahir Məmmədov saxlanılıb və Şəki Şəhər Rayon Polis Şöbəsinə təhvil verilib. Saxlanılan şəxs Cinayət Məcəlləsinin 327-ci maddəsi (rəsmi sənədləri, möhürləri saxtalaşdırma, hazırlama, satma) üzrə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR