Liviyada girov götürülən 9 Türkiyə vətəndaşı sərbəst buraxılıb

Liviyada girov götürülən 9 Türkiyə vətəndaşı sərbəst buraxılıb
# 15 noyabr 2014 01:39 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu general Xəlifə Haftara sadiq hərbi birləşmələrin sözçüsu Məhəmməd Hicazi bəyan edib.

"Benqazidə döyüş əməliyyatlarına yaxın ərazidə saxlanılan 9 Türkiyə vətəndaşı sərbəst buraxılıb. Araşdırma nəticəsində onların qeyri-qanuni hərəkətlərə yol vermədikləri bəlli olub. Həmin şəxslər Liviya ordusu Baş komandanlığının əmri ilə müvəqqəti hökumətə təhvil verilib”, deyə Hicazi bildirib.

Türkiyə vətəndaşlarının Liviyanın şərqindəki Əl-Bayda şəhərində sərbəst buraxıldıqları bildirilib. Faktı təsdiqləyən müvəqqəti hökumət, onların BMT strukturlarının vasitəçiliyi ilə vətənə dönəcəklərini qeyd edib.

Məlum olduğu kimi, türkiyəlilər oktyabrın 31-də, Misurata şəhərindəki Türkiyə konsulluğuna yollanarkən girov götürülmüşdülər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR