Şəmkirdə toyda dava düşüb, bir nəfər bıçaqlanıb

Şəmkirdə toyda dava düşüb, bir nəfər bıçaqlanıb
# 22 sentyabr 2014 08:20 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. Şəmkir Mərkəzi Rayon Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, rayonun Zəyəm qəsəbə sakini, 1987-ci il təvəllüdlü Mahmudov Sərxan Fəzail oğlu qarının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb. Dərhal əməliyyat edilən 27 yaşlı oğlanın vəziyyəti normal qiymətləndirilir. Şəmkir rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Zəyəm qəsəbəsində toy mərasimində dava düşüb və S. Mahmudov Şəmkir şəhər sakini, 1995-ci il təvəllüdlü Hüseynov Əhliman Telman oğlu tərəfindən bıçaqlanıb.

Şəmkir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR