Şamaxı rayon sakini Sabirabad sakinini bıçaqlayıb

Şamaxı rayon sakini Sabirabad sakinini bıçaqlayıb
# 04 oktyabr 2014 12:54 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Şamaxı rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Meysəri kəndində qeydə alınıb. Kənd sakini İkram Talıbov münaqişə zəminində Sabirabad rayon sakini Orxan Rəsullunu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Talıbov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR