İsmayıllı rayonunun Sumağallı kəndində ümumi sahəsi 81 m² olan birmərtəbəli tikilinin (kafe kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, meşə ərazisi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.