Bank Of Baku

Ölkə daxilində yükdaşıma fəaliyyəti ilə məşğul olanlara 8% dərəcə ilə sadələşdirilmiş vergi hüququ veriləcək

Ölkə daxilində yükdaşıma fəaliyyəti ilə məşğul olanlara 8% dərəcə ilə sadələşdirilmiş vergi hüququ veriləcək
# 05 noyabr 2026 11:40 (UTC +04:00)

Ölkə daxilində yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə əldə oluna gəlirlərin vergilənməsi üzrə alternativ olaraq 8 faiz dərəcə ilə sadələşdirilmiş vergin tətbiqi hüququnun 5 il müddətinə verilməsi təklif olunur.

APA-nın xəbərinə görə, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, ölkədaxili yükdaşıma fəaliyyəti iqtisadiyyatın tədarük zəncirinin fasiləsizliyini təmin edən əsas xidmət sahələrindən biridir və bu sektorda fəaliyyə göstərən subyektlərin əhəmiyyətli hissəsi kiçik sahibkarlar və fərdi daşıyıcılardan ibarətdir. Mövcud vəziyyətdə daşıyıcılar tərəfindən bir sıra xərclərin rəsmiləşdir bilinməməsi bəzi hallarda dövriyyənin tam bəyan edilməməsi və qeyri-rəsmi fəaliyyət risklərini artırır. Alternativ olaraq 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin 5 il müddətinə tətbiqi hüququnun verilməsi bu sahədə vergi öhdəliklərinin sadələşdirilməsinə, inzibat xərclərin azalmasına və sahibkarların könüllü uyğunluğunun yüksəlməsinə xidmət edəcək.

Bu mexanizm yükdaşıma xidmətlərinin rəsmiləşdirilməsini təşviq etməklə yanaşı logistika xərclərinin şəffaflaşmasına və bazarda bərabər rəqabət mühitinin formalaşmasına müsbət təsir göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR