Bank Of Baku

Xırdalanda qonşu qadınlar dava edib, xəsarət alan var

Xırdalanda qonşu qadınlar dava edib, xəsarət alan var
# 26 mart 2019 01:15 (UTC +04:00)

Abşeron rayonu, Xırdalan şəhərində qonşu qadınlar arasında dava düşüb.

ONA-nın məlumatına görə, hadisə Quşçuluq massivində baş verib.

1971-ci il təvəllüdlü İbrahimova Sarıtel Novruz qızı qonşuluğunda yaşayan qadınla əlbəyaxa dava edib. Nəticədə S.İbrahimovanın başına dəmir alətlə zərbə vurulub. Qadın kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktı Abşeron polisi araşdırır.

Nurlan Əli

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR