Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin deputatı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanovun ideya müəllifi olduğu kitablar Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr etdiyi I Ümumrespublika «Kitab sənəti» müsabiqəsində birinci yerə layiq görülüb. Bu barədə APA-ya E.Süleymanovun ofisindən məlumat verilib.
Müsabiqədə birinci yerə AVCİYA tərəfindən hazırlanmış, Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilmiş «Bakı haqqında 20 etüd» (Bakı, 2011-ci il) kitabı layiq görülüb. Bu kitab «Şərq-Qərb» Nəşriyyat Evinin mətbəəsində çap olunub.
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən hazırlanmış, «CBS Polygraphik Production» mətbəəsində çap olunmuş «Tarixi Azərbaycan dövlətləri» (Bakı, 2012-ci il) kitabı isə müsabiqənin xüsusi diplomunu alıb.
Millət vəkili Elxan Süleymanovun kitabları müsabiqənin qalibi elan olunub
04 may 2013 13:34 (UTC +04:00)
İncəsənət
Gəncədə 2 nömrəli musiqi məktəbi özəlləşdirilib, bina boşaldılır
17:49
17 may 2024
"Musiqi kimliyimiz" layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq
15:20
9 may 2024
Moskvada Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib - FOTO
08:06
9 may 2024
Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Üzbəüz" layihəsinin qonağı Siyavuş Kərimi olub - FOTO
02:55
8 may 2024