İFC Azərbaycanın kənd təsərrüfatı sektorunda məhsuldarlığın və rəqabətliliyin artırılmasına yardım edəcək

İFC Azərbaycanın kənd təsərrüfatı sektorunda məhsuldarlığın və rəqabətliliyin artırılmasına yardım edəcək
# 18 dekabr 2014 15:18 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Kənd Təsərrüfatı Nazirliyində nazirliklə Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (İFC) arasında ölkənin kənd təsərrüfatı sektorunda məhsuldarlığın və rəqabətliliyin artırılmasına dair saziş imzalanıb.

İFC-nin Bakı ofisindən “APA-Economics”ə verilən məlumata görə, H. Əsədov qeyd edib ki, sazişin həyata keçirilməsində məqsəd fermerlərin müxtəlif kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldar sortları, o cümlədən idxal olunan toxumları əldə etmək imkanlarının artırılması ilə nəticələnməklə dövlət sort sınağı, qeydiyyatı və mühafizəsinin tənzimlənməsində təkmilləşdirmələrin, institusional gücləndirmənin dəstəklənməsi vasitəsi ilə Azərbaycanın kənd təsərrüfatı sektorunda məhsuldarlığı və rəqabətliyinin artırılmasına nail olmaqdır. Nazir bu sahədə İFC ilə əməkdaşlığın praktiki müstəvidə davam etdirilməsini və Avropa İttifaqının təcrübəsindən də istifadə olunmasını məqsədəmüvafiq hesab edib.

İFC-nin Azərbaycan üzrə nümayəndəsi Aliyə Əzimova qeyd edib ki, İFC-nin Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlığı, qurumun Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və davamlı inkişafının təmin olunması strategiyasının vacib hissəsidir: “Ümid edirik ki, kənd təsərrüfatı sektorunda məhsuldarlığın artırılmasına yardım etməklə, Azərbaycanda tarazlı inkişafın təmin olunmasına, beynəlxalq səviyyədə ölkənin rəqabətliliyinin artırılmasına, habelə neft və qaz sektorundan xaric yeni iş yerlərinin yaradılmasına dəstək verə biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR