Kemeron: “Britaniyanın Suriya əməliyyatlarında iştirak edəcəyinə dair səsvermə dekabrın 2-də keçiriləcək”

Kemeron: “Britaniyanın Suriya əməliyyatlarında iştirak edəcəyinə dair səsvermə dekabrın 2-də keçiriləcək”
# 30 noyabr 2015 22:39 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniyanın parlamentində ölkənin Hərbi-Hava Qüvvələrinin Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməsinə dair səsvermə dekabrın 2-də keçiriləcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın baş naziri Devid Kemeron bəyan edib.

“Hazırda deputatların əksəriyyəti yalnız İraqda deyil, Suriyada da İŞİD-in mövqelərinə hava zərbələrinin endirilməsinin lehinədir. Onlar anlayırlar ki, terrorçular dövlət sərhədlərini tanımır. Suriyada beynəlxalq koalisiya tərkibində iştirak Böyük Britaniyanın milli maraqlarına uyğundur. İŞİD-in mövcudluğu ölkə üçün təhlükə kəsb edir”, deyə D.Kemeron bildirib.

Xatırladaq ki, 2014-cü ilin sentyabrında Böyük Britaniya parlamenti İraqdaki İŞİD mövqelərinə aviazərbələrin endirilməsinə razılıq verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR