Bakıda “Mənzil fondlarının idarə olunmasında yeni münasibətlərin formalaşması” mövzusunda seminar keçirilir

Bakıda “Mənzil fondlarının idarə olunmasında yeni münasibətlərin formalaşması” mövzusunda seminar keçirilir
# 11 noyabr 2014 08:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda “Azərbaycanda mənzil fondlarının idarə olunmasında yeni münasibətlərin formalaşması” mövzusunda seminar keçirilir.

APA-Economics”in məlumata görə, seminar Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən təşkil olunub. Tədbirdə müvafiq dövlət qurumlarının, beynəlxalq təşkilatların və mənzil mülkiyyətçiləri, müştərək cəmiyyətlərin nümayəndələri iştirak edib.

Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib ki, Azərbaycanda mənzil-kommunal təsərrüfatlarının inkişafı istiqamətində mühüm işlər görülüb: “Bu gün bu sahədə qanunvericilik təkmilləşdirilib, beynəlxalq tələblərə cavab verən Mənzil Məcəlləsi qəbul olunub. Yeni Mənzil Məcəlləsi vətəndaşların mənzil hüququnun maneəsiz həyata keçirilməsi, əlverişli və təhlükəsiz yaşaması şəraitinin təmin olunması, sosial infrastrukturunun inkişaf etdirilməsini təmin edib. Həmçinin, kommunal xidmətlərdə təminatların yaxşılaşdırılması və mənzil fondunun idarə olunması və saxlanılmasını sahəsində böyük əhəmiyyət kəsb edir.

Nazir müavini bildirib ki, bu gün Azərbaycanda dövlət tərəfindən elektrik enerjisi problemi yaşanmır: “Azərbaycanda su və kanalizasiya xidmətləri ilə əlaqədar böyük layihələr həyata keçirilir, əhalinin su ilə təminatı yaxşılaşdırılır. Ölkədə qaz təchizatı da günü-gündən yaxşılaşdırılır”.

Nazir müavini deyir ki, ölkədə mənzil təminatı ilə bağlı da xeyli işlər görülüb. Onun sözlərinə görə, bu gün ölkədə yaşayış mənzillərin ümumi ərazisi 166,4 mln. kvadrat metr təşkil edir. Yəni, hər bir sakinə düşən mənzil ərazisi 18 kv metr təşkil edir.

S. Həsənova deyib ki, Azərbaycanda mənzil-kommunal sahələrinin idarə olunması sahəsində Almaniya təcrübəsini öyrənir: “Artıq bununla bağlı Bakını Binəqədi İcra Hakimiyyəti ilə bağlı ilk pilot layihələr həyata keçirilib və öz müsbət nəticələrini verir. Əsas diqqət yetirməli olduğumuz sahədə mənzillərin sığortalanması, sığorta haqlarının vaxtında əhaliyə ödənilməsidir”.

S. Həsənova bir neçə il öncə ölkənin şimal-qərbində baş vermiş zəlzələ və Kür çayının daşması nəticəsində ziyan görmüş əhaliyə prezident İlham Əliyevin qərarı ilə dövlət tərəfindən ziyanın ödənilməsi təmin edildiyini xatırladıb və bunu bir nümunə olaraq göstərib.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan üzrə baş direktoru Henninq Tvesten isə bildirib ki, yaxın günlərdə GİZ tərəfindən Azərbaycanda bələdiyyələrin daha hansı xidmətlər göstərə bilməsi, bu xidmətlərin artırılması və çoxmərtəbəli binaların sanasiyası ilə bağlı bir sıra təcrübələr keçiriləcək. O qeyd edib ki, bu seminarlarda da Almaniyada əldə olunmuş praktiki işləri və qarşılaşdıqlarımız problemlərdən danışacağıq.

H. Tvesten deyib ki, artıq Azərbaycan Almaniya tərəfinin və GİZ-in dəstəyi olmadanmənzil fondunun idarə olunması sahəsində çox böyük uğurlar əldə edib: !Azərbaycan Sumqayıtda bu sahədə bizim də köməyimiz olmadan böyük nailiyyətlər əldə ediblər.

Daha sonra “GAG Ludviqshafen am Rain” şirkətinin nümayəndəsi Sonya-Müller Zaman “Almaniyada mənzil mülkiyyətinin növləri və onların idarə olunması”, “Almaniyada mənzil mülkiyyətçiləri və mənzil idarəçiləri arasında münasibətlərin qurulması öhdəliklər və vəzifələr”, Klaus Şeffner isə “”Almaniyada çoxmənzilli binaların təmiri və bərpası, tikililərin energetik müasirləşdirilməsi” mövzularında təqdimatlarla çıxış ediblər. Onlar mənzil fondunun idarə edilməsi sahəsində beynəlxalq təcrübə barədə məlumat veriblər. Tədbirdə həmçinin Binəqədi rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Göyüşov, Sumqayıt bələdiyyəsinin katibi Akif Kərimov və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri Asif İsmayılov mənzil –kommunal sahəsinə dair müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Sonda təqdimatlar və məruzələr ətrafında geniş müzakirələr və təcrübə mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR