NATO baş katibi Türkiyəyə səfər edəcək

NATO baş katibi Türkiyəyə səfər edəcək
# 08 oktyabr 2014 10:21 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. NATO baş katibi Yens Stoltenberq Türkiyəyə səfər edəcək.

APA-nın NATO-nun rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər oktyabrın 9-10-da baş tutacaq.

Y. Stoltenberqin Ankarada prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu, xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri İsmət Yılmaz və Baş Qərargah rəisi, general Necdet Özel ilə görüşləri nəzərdə tutulub.

Oktyabrın 9-da yerli vaxtla saat 10:30-da NATO baş katibi ilə Türkiyə xarici işlər naziri birgə mətbuat konfransı keçiriləcəklər.

Y. Stoltenberqin Ankarada keçirəcəyi görüşlərdə Suriya-Türkiyə sərhədindəki vəziyyət, İŞİD-in Türkiyə sərhədlərinə doğru irəliləməsi və digər məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR